Mehriban Əliyevanın yeni köməkçisi kimdir? - DOSYE - FOTO
    • 26-12-2019, 13:10
    • 1 862

Mehriban Əliyevanın yeni köməkçisi kimdir? - DOSYE - FOTO

Andey Sipilinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yeni köməkçi təyin edilməsi barədə məlumat vermişdik.


News24.az xəbər verir ki, Birinc Andrey Sipilin daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.
Birinci vitse-prezidentin yeni köməkçisi bundan əvvəl, 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.