-
- 29-12-2019, 09:43
- 1 037
Azərbaycanda qadını meşəyə aparıb cinsi əlaqədə olan şəxsdən ŞOK ƏMƏL
22 il əvvəl Masallıda qətl törədən və bu əməlindən 20 il sonra Azərbaycanda tutularaq cinayət məsuliyyətinə cəlb edilmiş şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, məhkum İsayev Vüqar Xalıq oğlu ona təyin edilmiş cəzanın qalan hissəsindən azad edilməsini xahiş edib.
Müraciətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Vüqar İsayev 3 noyabr 1997-ci ildə təxminən saat 9 radələrində əvvəllər yaxın münasibətdə olduğu Bahar Məmmədova ilə meşəyə gəlib.
Bahar Məmmədova əvvəllər onunla intim əlaqədə olan Vüqar İsayevdən aralarındakı münasibəti nikaha çevirməyi və birlikdə yaşamağı tələb edib.
Vüqar İsayev isə bu niyyətdə olmadığı üçün müxtəlif bəhanələr gətirib. O, Bahar Məmmədovanı aldadıb və özündən kənarlaşdırmağa çalışıb.
Lakin qadının təkidini görüb və yaxasını ondan qurtarmaq qərarına gəlib. Bu niyyətlə əlverişli məqam gözləməyə başlayıb.
Bahar Məmmədova onun yanında əyləşərək başını sağ tərəfə çevirib. Bu zaman Vüqar İsayev onun başından tutub və zorla özünə tərəf çevirməyə başlayıb. Bahar Məmmədova həyatını xilas etmək, ondan can qurtarmaq istəyib, ancaq buna nail olmayıb.
Vüqar İsayev Bahar Məmmədovanın boynunu sındıraraq, onu qətlə yetirib.
İstintaq orqanı tərəfindən Vüqar İsayevin 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə təqsirli bilinib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar İsayev qeyd edib ki, Baharı öldürməyi qətiləşdirib və onun boynunu sındırmaq qərarına gəlib.
Qeyd edib ki, qadın başını sağ tərəfə çevirdikdə anidən onun başını iki əli ilə tutub və fırlatmaqla boyun fəqərəsini sındırıb: "Bu hərəkət 2-3 saniyədən artıq çəkmədi. Baharın boynunun sınmasını xırçıltı səsindən bildim. Bundan sonra qısa xırıltılı səs çıxdı və tez də kəsildi".
Vüqar İsayev ifadəsində daha sonra göstərib ki, həmin hadisədən sonra Rusiyaya gedib və orada başqa işlə əlaqədar həbs edilib: "2013-cü il tarixdə cəza çəkmə yerinə Azərbaycandan "Səni axtarıram" televiziya verilişinin aparıcısı Xoşqədəm adlı jurnalist gələrək mənimlə telefon əlaqəsi yaratdı. O, hadisə barədə mənə məlumat verdi. Bundan sonra cəza çəkdiyim yerin əməliyyatçısına da həmin cinayət barədə könüllü olaraq məlumat verdim".
Vüqar İsayev qeyd edib ki, 2017-ci ilin dekabrın 22-də azadlığa buraxılıb: "Dekabrın 23-də Azərbaycana, yaşadığım rayonun Tatyan kəndinə qayıtdım. Masallı rayonunda olarkən, 28 dekabr 2017-ci il tarixdə Masallı rayon polis şöbəsinə gedərək hadisə barədə izahat verdim, səmimi olaraq Baharı öldürdüyümü etiraf etdim. Eləcə də, hadisə yerini təqdim etdim".
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada baxılıb.
Məhkəmənin hökmü ilə Vüqar İsayevin barəsində 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun Rusiya Federasiyası Arxangelsk vilayəti, Ustyansk rayon məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkdiyi 12 il 11 ay azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanıb.
Hökmə əsasən Vüqar İsayevin barəsində qəti olaraq 1 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Vüqar İsayevin vəkili apelyasiya şikayəti verib. Vəkil Vüqar İsayevin əməlini 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsinə tövsüf edilməsini, baş vermiş hadisə ilə əlaqədar başlanılmış cinayət təqibinə və cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyi üçün cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş edib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Vüqar İsayevin barəsində olan hökmün ləğv edilməsini, onun cəzasının 14 il 6 aya qədər artırılmasını tələb edib.
Tərəflərin şikayətləri araşdırmaq üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxsin vəkilini şikayəti, həmçinin prokurorun protesti hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda araşdırılıb.
Apelyasiya şikayəti və protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Vüqar İsayevin barəsində olan hökm dəyişdirilib.
Prokurorun protestinə əsasən Vüqar İsayevin barəsində olan cəza 14 il 9 aya qədər artırılıb. Onun Arxangelsk vilayəti, Ustyansk rayon məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilmiş 12 il 11 ay azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanıb, hazırkı təyin olunan cəzadan çıxılıb.
Vüqar İsayevin üzərində qəti olaraq 1 il 10 ay azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.