-
- 28-06-2019, 19:25
- 1 138
Xaçmazda evə gizlicə girib qadına HÜCUM ETDİLƏR
Xaçmaz rayonunda quldurluq etdiyinə görə məhkum edilmiş Sadıqov Vüqar Cəlal oğlu Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, yəni, qulduruq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Vüqar Sadıqov məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Kassasiya şikayəti hakim Gülzar Rzayevanın icraatına verilib.
Qeyd edək ki, Xaçmaz rayon sakinləri Sadıqov Vüqar Cəlal oğlu və Cavadov Taleh Ramiz oğlu birlikdə Hülövlü kənd sakini Qasımova Məsumə Məmməd qızının evinə girərək əmlakını ələ keçirməyə cəhd ediblər. Qadının bogazına dəmir parçasını dirəyərək ondan pul tələb edən şəxslər evdə pul olmadığına əmin olduqdan sonra Məsumə Qasımovaya məxsus telefonu götürərək hadisə yerindən uzaqlaşıblar. İstintaq Vüqar Sadıqov və Taleh Cavadovun birlikdə başqa cinayət əməlləri törətdiyini də müəyyənləşdirib.