Sağlamlıq imkanları məhdud uşaqlar üçün  bayram şənliyi KEÇİRİLDİ
    • 29-12-2019, 12:27
    • 986

Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi KEÇİRİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunan “Sağlamlıq imkanları məhdud uşaqların sosial və  psixoloji reabilitasiyası” layihəsi çərçivəsində Şəmkir rayonunda layihəyə cəlb olunmuş uşaqların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir təşkil edilib.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,“Hüquq Dünyası Hüquqi Təblığat” İctimai Birlyi tərəfindən həyata keçirilən layihə üzrə sağlamlıq imkanları məhdud uşaqların sosial və  psixoloji reabilitasiya yönümlü dəstəklə təmin edilməsi sahəsində işlər aparılır.

Maraqlı anlarla yadda  qalan tədbirdə təşkilat tərəfindən uşaqlara müxtəlif hədiyyələr verilib. Sağlamlıq imkanları məhdud ayrı-ayrı uşaqlar mahnı və şerlər səsləndirib, öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir  uşaqlar üçün musiqili-əyləncəli proqramlarla davam edib.