Bəzi rayonlarda ağaclar aşıb - Monitorinqlərin nəticəsi
    • 30-12-2019, 13:46
    • 595

Bəzi rayonlarda ağaclar aşıb - Monitorinqlərin nəticəsi

"Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət monitorinq qrupu Azərbaycanda bir gündə 650 min ağacın əkildiyi ərazilərin birinci monitorinqini başa çatdırıb".

News24.az xəbər verir ki, bunu keçirilən monitorinqlərin nəticələrinə görə, Yeni Azərbaycan Partiyası və Ekologiya Təbii Sərvətlər Nazirliyinin, YAP Gənclər Birliyinin sədri Seymur Orucov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Şamaxı, Sabirabad, Saatlı, Gəncə və Bakı şəhərinin Nərimanov, Səbail, Xəzər, Xətai, Nizami rayonlarının ərazilərində əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq olunduğu, damcılı suvarma sistemi ilə təmin edildiyi və mütəmadi suvarıldığı müəyyən olunub: "Bir sıra rayonların ərazilərində isə əkilən ağacların, bəzi yerlərdə bərkidici dayaq olmadığından əyilməsi, dayaqların küləkdən sonra aşması müşahidə edilib. Lakin çatışmazlıqlar tez bir zamanda aradan qaldırılıb. Hesab edirik ki, ağaclara ən yaxşı qulluq göstərildiyi ərazilər may-iyun ayında keçiriləcək ikinci monitorinqlərdən sonra məlum olacaq. İkinci monitorinq zamanı ağacların bitiş faizi müəyyənləşəcək, suvarma təminatının nəticələri görünəcək".

ETSN təmsilçisi onu da əlavə edib ki, əkilmiş ağaclara göstərilən qulluq səviyyəsinə, suvarma şəraitinə daimi nəzarət olunması barədə YAP gənclər təşkilatının yerlərdəki nümayəndələrinə tövsiyələr verilib və bu iş mütəmadi olaraq davam etdiriləcək.


Afaq Mirayiq