“Ağır Romatik” Avropanı fəth edəcək - FOTO
    • 30-12-2019, 14:22
    • 7 997

“Ağır Romatik” Avropanı fəth edəcək - FOTO

İşgüzar xanım Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım” şirkətinin Türkiyədə ərsəyə gətirdiyi “Ağır Romantik” filminin yayım tarixləri bəlli olub.

News24.az xəbər verir ki, baş rollarını Türkiyənin məşhur aktyoru Onur Tuna və aktrisa Tuvana Türkayın canlandırdığı “Ağır Romantik” Almaniya,  Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. 

Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-i İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək. 

Qeyd edək ki, “Ağır Romantik”də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.

Filmin mövzusu:

Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında  böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir.

Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlərə başlayırlar.
Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir.
Kərəmin atası (Altan Erkekli) İstanbulun ən böyük oğru dəstəsinə rəhbərlik edir. Aslının dayısı isə Təhlükəsizlik Müdiridir (Sermiyan Midyat) və məqsədi bu qarətçi dəstəni çökdürməkdir. Aslı və Kərəmin xoşbəxt günləri, heç vaxt sonunu unutmayacaqları bir günə çevrilir.

Qeyd edək ki, Onur Tuna hazırda Türkiyənin reytinqli serialı olan "Mucize doktor"da rol alır.