-
- 31-12-2019, 13:32
- 1 352
İlin ən səs-küylü QALMAQALLARI
2019-cu ilin son günüdür. Bu il Azərbaycan şou aləmində çox hadisələr baş verib. Bəziləri yaddaqalan yaradıcı işləri, uğurlu səfərləri, evlənib- boşanmaları, bəziləri "həci" sevgililəri ilə, bəziləri də həmkarları ilə qalmaqalları ilə gündəmdə olublar.
News24. az xəbər verir ki, 2019- cu il başlayar-başlamaz Xalq artisti ilə Əməkdar artist arasında “vulkan püskürdü”. Nazpəri Dostəliyeva ilə Elza Seyidcahan qarşı qarşıya gəldi. İkilinin toqquşması "Azərbaycanın səsi" proqramında baş verdi. Layihənin münsifi olan hər iki müğənni arasında gərginlik pik həddə çatdı. Seyidcahanın digər münsifi Nazpəri Dostəliyevaya dərs dediyini və ondan bir qəpik də pul almadığını söyləməsi qarşı tərəfi özündən çıxardı. Nazpəri Elzanın ittihamlarına öncə gülsə də, həmkarını "bazar adamı" adlandıraraq efiri tərk etdi.
İki tanınmış müğənninin qaımaqalını bir az da alovlandıransa müğənni Kərim Abbasov oldu. O, küsülü olduğu Əməkdar artist Elza Seyidcahanın ünvanına ağır sözlər dedi. Abbasov Seyidcahanın sənətini məsxərəyə qoydu: "Onun sənəti yoxdur. Bəstəkardır. Danılmaz faktdır, gözəl bəstələri var. Amma oxumağın "o" hərfindən xəbəri olmayan bir insandır. O insana qalmaqal lazımdır, çünki sənəti yoxdur. Çox qurdlu, kin-küdurətli qadındır. Mənim elə anam olsaydı, onu analıqdan çıxarardım. Özünə hörmət et. Sənin özündən böyük oğlun var. Oğlun səndən utanır. Oğlun səninlə illərdir danışmır. Səni adam yerinə qoymur. Oğlunun ayağındakı əxlaq, tərbiyə kaş onun anasının bütün canında olaydı".
Mərhum repçi Hüseyn Dəryanın qızı "Bizimləsən" verilişinə üz tutaraq atasının ikinci evliliyindən olan oğlu Cahangirdən DNT analizi istəməsi uzun müddət gündəmdən düşmədi.
"Xəzər TV"də yayımlanan "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadə ilə də bağlı canlı efirdə ittihamlar səsləndirilib. Proqrama şikayətçi qismində qatılan Turanə adlı qadın Aysel Əlizadənin 13 illik əri “Yetim” ləqəbli biznesmen Elçinin əlindən aldığını bildirib. Qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta Ayselin idarə etdiyi “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə etdiyini deyib. Söz-söhbətin günü-gündən şişdiyini görən Aysel susmağı danışmaqdan daha üstün tutsa da, sonda qarşı tərəfə belə təpki verib: "O qədər aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım. Mənim sevgilimi əlimdən almasınlar, bəsimdir. Həyatım boyu kiminsə sevgilisini almaram. Bu, aciz qızların işidir. Bilib-bilmədən danışırlar. Avtomobilimi özüm almışam, yeddi ildir onu sürürəm. Özüm-özümə hədiyyə etmişəm. Allah qismət etsin, daha yaxşısını alım".
Prodüser Təranə Səmədova ilə müğənni Rəqsanə İsmayılovanın ulduzu ötən il heç barışmadı. Tərəflərin davası Səmədovanın İsmayılovanın prodüser olduğu zamanlara dayanır. İkili ara-sıra bir-birinə sancaraq, xoşagəlməz mesajlar ünvanlayırlar. Təranə "ATV Maqazin 10-larla”nın müxbirinin "Hansı ifaçı zövqsüz geyinir?" sualına cavabında Rəqsanənin adını çəkməsi, yanan ocağı daha da alovlandırıb.
Hazırda Moskvada yaşayan R.İsmayılova isə qarşı tərəfin ünvanına sərt ittihamlar səsləndirib. Sənətçi sükan arxasında əyləşərək prodüserə bir dəqiqəlik videomüraciət ünvanlayıb: "Rayon qızı idim. Rayondan çıxıb gəldim Bakıya. Qoy, mən "madalyer" deyim, bunu ayıb bilmirəm. Mən olduğum məclislərə bu gün camaat həsəd aparır. Dünya modelyerlərindən paltarlar götürürdüm. Sən mənim yanıma gələndə nə gündə geyinirdin? Mənə disk daşıyırdın. Mənə nə etmisən? Layihə etmisən? Kaş sənin həbsxanaya düşməyində əlim olaydı. Gərək səni buraxmazdılar, çıxdın, dilin uzandı. Elə etmə ki, başqa şeylər edim. Başımı aşağı salıb, həyatımı yaşayıram. Səninlə işim yoxdur. Sizə ona görə təşəkkür edirəm ki, məni bezdirdiniz və Azərbaycandan uzaqlaşdım. Gəlib Rusiyada ailə qurdum. Disklərimi ondan ala bilmirdim. Özüm öz diskimi oğurladım səndən".
İl ərzində yaşanan qalmaqallara öz adını qızıl hərflərlə həkk edən müğənni Afət Fərmanqızı oldu. Məşhurun şou aləmdə dalaşmadığı adam qalmadı. Dava-dalaşa isə səbəb ifaçının dahi şair İmadəddin Nəsiminin sözlərinə oxuduğu "Pəncu şeş" adlı mahnı oldu. Cəmiyyət tərəfindən birmənalı qarşılanmayan Afətin bu addımı az qala ilin sonuna qədər tənqid olundu.
Baş verən qalmaqallar müğənni Kərim Abbasovla keçmiş həyat yoldaşı prodüser Təranə Səmədova arasında "toya getməlidir”desək, yanılmarıq. Tərəflər aralarında nə yaşanmışdısa, hər şeyi gün üzünə çıxarıblar.
İlk söz şilləsi müğənni Kərim Abbasovdan gəlib. Sənətçi prodüser Təranə Səmədova ilə evliliyindən danışaraq, eks həyat yoldaşının onun başına oyun açdığını deyib: "Təranənin mənə vurduğu zərbələri heç Allah belə vurmayıb. Onu bağışlaya bilmirəm. Əlimə şans düşsə, Təranəni bir qaşıq suda boğaram. Baxmayaraq ki, bütün yaşananların üstündən 12 il keçib. Mənə çox haqsızlıqlar edib. Amma heç vaxt Təranənin mənə etdiklərini danışmamışam, danışmaram da, çünki onun da bir qız övladı var. Susmuşam, amma o, hər zaman məni efirlərdə təhqir edib”.
Kərim Təranənin ucbatından vəfat etmiş atası və qardaşının ona ölüm planı hazırladığını deyib: "Təranənin ucbatından qardaşımla rəhmətlik atam məni öldürmək istəyiblər. Onları qınamıram. Çünki çox pis vəziyyətdə idilər. 12 il bundan öncə Təranənin ağzından çıxan bir sözə görə hörmətli bir kişi və bir qardaş utandıqlarından evdən çölə çıxa bilmirdilər. Pilləkənlə evimə çıxanda eşitdim ki, qardaşımla atam üz-üzə oturub mənim ölümümün planını cızırlar. Bunu mən öz qulaqlarımla eşitmişdim. Elə bir vəziyyətdə idim ki, öz canıma qəsd etmək istəyirdim".
Abbasovun ürəyi bununla da soyumayıb. O, daha da irəli gedərək teleaparıcı və jurnalist Elçin Əlibəyli haqda şok iddialar səsləndirib. Onun dediyinə görə, Elçin və müğənninin keçmiş həyat yoldaşı əlbir olaraq ona oyun qurublar. Müğənni Təranə Səmədova haqqında şəxsi "Instagram" hesabında da inanılmaz açıqlamalar verib. Abbasov qarşı tərəfin şərəf və ləyaqətini alçaldacaq sözlərlə Səmədovanı hədələyib. Onun açıqlamalardan sonra Təranə şəxsi "Instagram" səhifəsində keçmiş həyat yoldaşı Kərimin keçmiş şəxsi həyatı ilə bağlı dəhşətli iddialar yazıb.
Sevda Bayramova