Elzadan Nazpəriyə: "Mənim tələbəm olub" - VİDEO
    • 1-12-2018, 11:13
    • 1 323

Elzadan Nazpəriyə: "Mənim tələbəm olub" - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaşanıb.

News24.az xəbər verir ki, N. Dostəliyeva həmkarı ilə münsif olduqları "Azərbaycanın səsi" musiqi yarışmasında iştirakçılar haqda fikir bildirərkən E.Seyidcahanın tələbələrinin adını çəkməyib.

Bu da Elza Seyidcahanı qəzəbləndirib.

O, məsələyə belə rekasiya verib:

“Nazpəri xanım hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim “Qadasını aldığım” və “ Ömrümdən getmə” mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub.  Siz mənə bir qəpik də pul ödəməmisiz. Yanımda amma özünüzə bahalı ətirlər almısız. Mənə pul verən, səhnəyə çıxaran Brilliant Dadaşova olub. Siz mənə etməmisiz, tələbəyə nə edəcəksiz?”.

Həmkarının sözlərinə gülərək reaksiya verən Nazpəri Dostəliyeva "Bazar adamları ilə otura bilmərəm" deyib efiri tərk edib.

Teymur MƏMMƏDOV