Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alındı - FOTO
    • 4-01-2020, 16:38
    • 1 190

Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alındı - FOTO

5 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun namizədliyi qeydə alınıb.

Bu barədə Seçki Qərargahının rəhbəri Çingiz Özgür məlumat verib.

Musavat.com xəbər verir ki, Rauf Arifoğlunun Seçki Qərargahının üzvləri qısa müddətdə imzatoplama kampaniyasını yekunlaşdırıb və sənədlər müvafiq qaydada DSK-ya təqdim edilib.

Yanvarın 4-də DSK Rauf Arifoğlunun namizədliyini qeydə alıb. /Musavat.com/