2 nəvəsi olan Mətanət:
    • 5-01-2020, 11:34
    • 1 096

2 nəvəsi olan Mətanət: "Allah haqqı, yenidən ana olmaq istəyirəm"

Əməkdar artist Mətanət İsgəndərli yenidən ana olmaq istəməsi barədə ilginc açıqlamaları ilə gündəmə səs salıb.


News24.az xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” səhər şousunda qonaq olan sənətçi proqramın aparıcısı Tarix Əliyevin (Tolik) “Baxmayın, nənə adını üstünüzdən götürmək üçün yenidən ana olmaq istəyərsiniz?” şərhinə Əməkdar artistin ikibaşlı cavabı eşidənləri təəcübləndirib.


56 yaşlı M.İsgəndərli yenidən ana olmaq istədiyini etiraf edib:


“Biabır oldum (gülür). Allah haqqı, elə istəyərəm ki, yenidən ana olum. Subay qadınam, həyatdır... Zarafat etmirəm! Doğrudan deyirəm. Həqiqi sözümdür”.


Qeyd edək ki, 56 yaşlı Mətanət İsgəndərlinin Ülkər adlı bir qızı və Kərim adlı bir oğlu var.