Mətanət İsgəndərlinin oğlunun qanundan kənar əməli üzə çıxdı
    • 13-11-2019, 00:04
    • 3 374

Mətanət İsgəndərlinin oğlunun qanundan kənar əməli üzə çıxdı

Əməkdar artist Mətanət İsgəndərli Space radioda "Yanar saat" proqramında qonaq olub.


News24.az xəbər verir ki, müğənni açıqlaması ilə diqqət çəkib. O bildirib ki, oğlu Kərim 14 yaşından sürücülük edir:


"Bir gün sürücüyə əsəbiləşdim, dedim Kərim sən otur sükan arxasında. Həyəcanlandı ki, mənim boyum çatmır. Dedim, sürəcəksən, otur maşına. 14 yaşından mənim şoferimdir".


Qeyd edək ki, 18 yaşı tamam olmayan şəxsin avtomobil idarə etməsi qeyri-qanunidir.