Mağazadan konserva aldı içindən İLAN çıxdı - Şok - FOTO
    • 3-08-2018, 12:04
    • 1 895

Mağazadan konserva aldı içindən İLAN çıxdı - Şok - FOTO

İştah kəsən hadisə Fransanın Gironda əyalətində yaşanıb. 

News24.az xəbər verir ki, supermarketlərin birindən lobya konservi alan şəxs bir qədər qorxunc və bir o qədər də maraqlı görüntüylə üz-üzə qalıb. Belə ki, lobya konservini açıb tavaya tökərək bişirmək istəyən qadın qabın içərisində lobyadan başqa, ölmüş ilan balası görüb. Görüntüdən həyəcanlanan qadın, tez həyat yoldaşını çağırıb. 

Ailə, ilanın şəklini çəkib supermarketin məsul əməkdaşlarına göstəriblər. Marketin əməkdaşları həmin konservləri mağazanın rəflərindən yığışdırıblar və istehsalçı firmanı məsələdən xəbərdar ediblər. 

Mağazanın müdiri belə bir olayla ilk dəfə qarşılaşdığını qeyd edib. 

Elvin Nüsrətoğlu