Sabunçuda avtobuslar toqquşdu - sərnişin yaralandı
    • 6-01-2020, 22:38
    • 1 519

Sabunçuda avtobuslar toqquşdu - sərnişin yaralandı

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
35 və 40 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusları toqquşub. Qəza zamanı avtobusda olan sərnişin, 1968-ci il təvəllüdlü İsmayılova Gülbəniz Lətif qızı xəsarət alıb.
Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol biləyin və qolun əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.