-
- 7-01-2020, 20:36
- 1 212
Nərminin atası: "Qızım 3-4 gün öncəyə qədər sağ olub, gizli yerdə məcbur saxlanılıb"
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Hazırda hüquq-mühafizə orqanlarına daxil olan qurumlar bu hadisə ilə bağlı araşdırmalar aparırlar.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Mərhum Nərmin Quliyevevanın atası Şərif Quliyev bildirib ki, qızı başından vurularaq öldürülüb: "Respublika prokurorluğunun əməkdaşları, ekspertlər gəlmişdi. Onların rəhbəri Nadir müəllim özü də bizimlə danışdı, lazım olan hər şeyi edəcəklərini dedi. Meyiti xaricini ekspertizadan keçirdilər, üzərindən nümunələr götürüldü, dəqiq məlumatlar bir müddət sonra ekspertin rəyi əsasında bəlli olacaq. Amma indi ekspert dedi ki, Nərmin başından küt alətlə vurulub, onun izi qalıb. Qızım 3-4 gün öncəyə qədər sağ olub. Güman ki, hardasa gizli yerdə məcbur saxlanılıb. Bədəni demək olar ki, tam yanıb. Heç cənazəni yumaq üçün uyğun deyil. Qızımın meyitini bir saat əvvəl bizə veriblər, indi evə gətirmişik. Nərmini sabah kənd qəbiristanlığında dəfn edəcəyik".
Ş.Quliyev əlavə edib ki, qızı Nərmin noyabrın 21-i günorta saatlarında itkin düşüb, lakin axşam saat 21 radələrində polisə müraciət ediblər: "Əvvəl fikirləşdik ki, yəqin nənəsigilə gedib. Ona görə polisə gec dedik. Amma bu 47-48 gün ərzində polislər daim bizimlə olub, hər gün axtarış aparırdıq. Qonşu kəndlərdə də axtarışlar gedirdi. Dünən axşam saatlarında qızımın meyitini tapıb bizə verdilər. Kömək edən, əziyyəti olan hər kəsə təşəkkür edirik. Hazırda istintaq gedir, hələ ki hər yaxşı qaydasındadır. Tezliklə qızımın qatilinin tapılacağına inanırıq, hüquq-mühafizə orqanlarına minnətdarıq".
Ş.Quliyev deyib ki, qardaşı və qardaşı oğluna qarşı ittihamlar sadəcə şayiədən ibarətdir: "Bunlar hamısı yalandır. Mən Nərmini göndərdim ki, qardaşımgildən gödəkçəmi gətirsin. O gec gəldiyi üçün arxasıyca böyük bacısını göndərdim. Bacısı gedəndə yolda sarı rəngli maşın saxlayıb, ona deyib ki, gəl səni aparım. Böyük qızım isə maşına minməyib. Həmin maşının Nərminlə rastlaşıb-rastlaşmadığını isə heç kim görməyib. Böyük qızım o adamı tanımayıb, bizim kənddən deyilmiş. Nərmin isə mənim gödəkçəmi qardaşımgildən götürüb çıxıb, bundan sonra itkin düşüb və onu görən olmayıb.
Ş.Quliyev qızına təcavüz olunması ehtimalları ilə bağlı hazırda dəqiq bir söz deyə bilməyəcəyini bildirib: "Ekspertlər də bununla bağlı konkret bir söz demədilər. Bu məsələ istintaqın gedişatında bəlli olacaq".