Cavad Zərif ABŞ-ın hərbi bazalarına qarşı hücum haqda: - "İran müharibəyə can atmır, amma..."

Cavad Zərif ABŞ-ın hərbi bazalarına qarşı hücum haqda: - "İran müharibəyə can atmır, amma..." Dünya
"İranın hərəkətləri ABŞ-ın general Qasım Süleymanini öldürməsi ilə mütənasibdir". 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Cavad Zərif "Twitter" səhifəsində yazıb:"İran, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, vətəndaşlarımıza və yüksək vəzifəli məmurlarımıza qarşı qorxaq hücumu həyata keçirən bazaya zərbələr endirib".

Onun sözlərinə görə, İran müharibəyə can atmır, amma özünü hər hansı bir hücumdan qoruyacaq.