-
- 8-01-2020, 15:49
- 615
Bakıda borc pula görə kişini oğurladılar – HƏBS EDİLƏNLƏR VAR
Bakıda borc pula görə adam oğurlamış şəxslərin məhkəməsi başlayır.
News24.az-ın məlumatına görə, paytaxtda Yasin Bəxtiyarovu 10 min manat borca görə oğurlayaraq vəsaiti tələb edən Emin Əliyev və Asim Quliyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü, yəni, adam oğurluğu - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə maddəsi ilə açılan işin ibtidai istintaqı başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Siyavuş Hacıyevin icraatına verilib.
Qeyd edək ki, adam oğurluğu hadisəsi borc məsələsi üstündə olub. Belə ki, 41 yaşlı Y.Bəxtiyarovu borclu olduğu şəxslər oğurlayıblar. Onun həmin şəxslərə 10 min manat məbləğində borcu olub.
Oğurlanan şəxsin anası Səbirə Bəxtiyarova polisə müraciət edərək oğlunun mayın 28-də Şərifli küçəsində oğurlandığını deyib. Üç silahlı şəxs onu avtomobilə oturdaraq naməlum istiqamətə aparıb. Onlar borclunun anasından 10 min manat tələb ediblər. Qadın cinayətkarlara yalnız 8000 manat verə bilib.
Hazırda Nizami rayon Polis İdarəsinin əməkdaşları Y.Bəxtiyarovun azad edilməsi və onu oğurlayan şəxslərin aşkar edilməsi üçün iş aparır. Artıq şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilib. Əməliyyatın cümə günü axşam saatlarına başa çatacağı ehtimal olunur.