Dayısı oğlu ilə mübahisədən sonra ürəyindən bıçaqlanaraq öldürüldü
    • 8-01-2020, 23:56
    • 886

Dayısı oğlu ilə mübahisədən sonra ürəyindən bıçaqlanaraq öldürüldü

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
News24.az apa-ya istinadən xəbər verir ki, hadisə Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Muxtarov Cavid Fərhad oğlu evdə dayısı oğlu ilə mübahisə edib. Nəticədə o ürəyindən bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.