Sumqayıtda iki evdən 5,3 min dollar OĞURLANDI
    • 10-01-2020, 13:49
    • 1 264

Sumqayıtda iki evdən 5,3 min dollar OĞURLANDI

Sumqayıtda iki ev qarət edilib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 2 evdən ümumilikdə 5300 ABŞ dolları, 1 ədəd fotoaparat və 100 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.