Yol polisləri gələn həftədən yeni formalar GEYİNƏCƏK - YENİLƏNDİ - FOTOLAR
    • 11-01-2020, 13:28
    • 1 783

Yol polisləri gələn həftədən yeni formalar GEYİNƏCƏK - YENİLƏNDİ - FOTOLAR

Qeyd etdiyimiz kimi, Yol Patrul Xidməti əməkdaşları yaxın günlərdə yeni, daha müasir geyim formasında xidmət aparacaq.  

News24.az
yol polislərinin yeni formalarının fotolarını əldə edib. 

Həmin fotoları təqdim edirik: 

****
10:05


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Yol Patrul Xidməti əməkdaşlarına yeni uniformalar verilib. 

Bu barədə News24.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

V. Əsədov bildirib ki, yeni uniformalar artıq Bakı şəhərində xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarına təqdim edilib və növbəti həftənin ilk günündən bütün yol polisləri yeni geyimdə olacaqlar.