Sabahın HAVASI AÇIQLANDI
    • 11-01-2020, 12:12
    • 613

Sabahın HAVASI AÇIQLANDI

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 
Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm  civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.    

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək  isti, gündüz  7-12°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  3° şaxtadan 2°-dək isti olacaq.