Qadın keçmiş həyat yoldaşının mal-qarasını oğurladı - FOTO
    • 11-01-2020, 12:56
    • 619

Qadın keçmiş həyat yoldaşının mal-qarasını oğurladı - FOTO

Şəmkirdə oğurluq olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan News24.az-a  məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan 5 baş iri buynuzlu mal-qaranı oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O,  şöbəyə dəvət olunaraq proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyən edilərək sahibinə qaytarılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.