-
- 11-01-2020, 13:08
- 788
"Mahnımı oxumaları üçün həmkarlarımın "əli cibində" olmalıdır" - ELÇİNDƏN ULTİMATUM
"Çox ani bir qərar oldu. Dostlarımdan təklif gəldi. Onsuz da harasa getmək istəyirdim. Qısa zaman çərçivəsində hazırlaşıb Avstriyaya yola düşdük. Çox soyuq idi".
News24.az xəbər verir ki, bu sözləri "Şipşirin" ləqəbi ilə tanınan müğənni Elçin Cəfərov deyib. O, Alp dağlarında səyahət etməsindən danışıb: "Ən xoşuma gələn məqam isə gördüklərimin şəkil kimi görünməsi idi. Mən təbiəti sevən insanam. Buludun, səmanın rəngi şəkillərdə gördüyümüz kimi çox gözəl idi".
E.Cəfərov efirlərdə az-az görünməsindən da söz açıb: "Kənardan hər şey çox asan görünür. Sözün əsl mənasında, sənətçi olmaq da çətindir. Hal-hazırda musiqidə keçid dövrü yaşayırıq. Televiziya "Youtube" və "Instagram" arasında bölünüb. Gənclərin marağı artıq televiziyaya deyil, daha çox sosial şəbəkələrədir. Məhz bu səbəbdən ortada qalmışıq. Biz ancaq televiziyada görünə bilərik. Gənc nəsil isə sosial media əsrinin insanlarıdır. Mən özümə yaşlı nəsil demirəm. Hərdən özümə sual verirəm, "hara düşmüşəm?" Əslində, sosial mediada mən də varam. Amma digərləri kimi aktiv deyiləm. Hər gün şəkil və video paylaşımları etmirəm. Bunu etmək fikrim də yoxdur. Çünki süni olmaq istəmirəm".
Müğənni Türkiyənin məşhur "Altın Kelebek" mükafatlandırılma mərasiminin bir neçə dəfə təxirə düşməsindən narazılığını dilə gətirib: "Mənim "Altın Kələbək"dən xəbərim yoxdur. Onlardan belə bir mesaj aldım ki, xanımlardan fərqli olaraq, siz özünüz təyyarə biletlərini almalısınız. Qadınlara jest edirlər bəylərə isə yox. Düşünürəm ki, bu düzgün bir şey deyil. On nəfər sənətçinin biletini almaq belə baha başa gəlir ki? Zənnimcə, o qədər də çətin deyil. O qədər sənətçinin arasında mənim də adımın olması çox xoşuma gəlmişdi. Sadəcə gedişat doğru deyil. Məni "Altın Kələbək"in Bakıda keçirilən tədbirinə dəvət etmişdilər. Lakin Vətəndə olmadığımdan qatıla bilmədim".
Sənətçi oğlundan da danışıb: "Uşağımın şəkillərini tez-tez paylaşmağı sevmirəm. Nəzərə gəlir. Kim övladını, ailəsini tamaşaçılardan gizlədirsə, bu, onun şəxsi işidir. Övladımla paylaşacaq fotolarım çoxdur, amma düşünürəm ki, lazım deyil. İstəmirəm çox görünsün. Demirəm ki mənim uşağım hamıdan dəyərlidir, sadəcə cızıqdan çıxmaq istəmirəm. Az-az görünəndə daha şirin olur".
Müğənniləri fəaliyyətsizlikdə günahlandıranlara Elçindən bu cür reaksiya gəlib: "Təbii ki, keyfiyyətli işlər görən həmkarlarım var. Hamı nəsə axtarır. Müğənniləri qınamaq lazım deyil. Hamı dəyişmək istəyir. İndi ritmlərdən tutmuş, mahnıların janrlarına kimi hər şey dəyişib. Müğənnilər avara qalıb. Həmkarlarımın əksəriyyəti üslübunu dəyişmək istəyir. Yenilik axtarırlar. Amma tapmaq da asan məsələ deyil. Ani dəyişiklik tamaşaçıları itirməklə müşahidə oluna bilər".
Sənətçi onun repertuarına müraciət edən həmkarlarından söhbət açıb: "Nura Suri "Bu gün" mahnımı yenidən ifa edəcək. Artıq aranjimandadır. Ümid edirəm, bunu açıqladığıma görə Nura qəzəblənməz, əksinə müsbət qəbul edər. “Instagram”ının “Hekayə” bölümündə özü şəxsən paylaşıb. Mahnı köhnə olduğundan Nura xanıma bəstəni satmadım. Təzə mahnı olsaydı, pulunu istəyəcəkdim. Mənim yazdığım mahnını ifa etmək üçün həmkarlarımın "əli cibində" olmalıdır. Bir sözlə, nə qədər çox pul versə bu, onun baş ucalığıdır (gülür). Hər şeyin haqqı verilməlidir".
Sevda Bayramova