Bu avtobuslar da  "BakıKart"a KEÇƏCƏK
    • 13-01-2020, 12:01
    • 931

Bu avtobuslar da "BakıKart"a KEÇƏCƏK

Nağdsız ödəniş sisteminə keçəcək növbəti marşrut xətti üzrə avtobuslar müəyyənləşib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) News24.az-a verilən məlumata görə, növbədə 46 nömrəli müntəməz marşrut xətti üzrə avtobuslardır. Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. 

Nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra olunur.