Keçmiş məhkumdan 14 kq NARKOTİK GÖTÜRÜLDÜ
    • 13-01-2020, 13:16
    • 792

Keçmiş məhkumdan 14 kq NARKOTİK GÖTÜRÜLDÜ

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Yasamal RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq heroin götürülüb. 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə onun evindən 14 kiloqram 595 qram marixuana aşkar edilərək götürülüb.