-
- 5-09-2018, 18:40
- 922
Rəis: "Qadın olduğu üçün Fədayə Laçının üstünü yoxlamadıq"
Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Penitensiar Xidmətin əməkdaşı Taleh Yusifov dindirilib. O, keçmiş qaravul rəisi olduğunu deyib. T.Yusifov qeyd edib ki, heç kimdən pul almayıb: “Bizim işimiz təlimat əsasındadır. Təlimatdan kənar heç bir iş görməmişən. Sadəcə yola vermişəm. Hər adamın öz iş prinsipi var. Gündə 70-80 dustaq qəbul etmişik, çətin vəziyyətdə işləmişik”.
Prosesdə dindirilən Lənkəran Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin (MSY) rəisi Əlişir Fərəcov ifadəsində bildirib ki, Etibar Məmmədov (Qoca) MSY-da saxlanılan zaman Fədayə Laçın onunla görüşmək istəyib: “Razılıq vermədim. Bildirdim ki, bu, mümkün deyil. Lakin rəislə görüşmək istədiyini dedi. Rəislə danışandan sonra onun tapşırığı ilə görüş təşkil etdik. Qadın olduğu üçün üstünü yoxlamadıq”.
Hakim Azad Məcidov bildirib ki, Fədayə Laçın MSY-da olan zaman üzərində keçirdiyi telefonla Etibar Məmmədovla şəkillərini çəkib. Hakimin suallarına cavab verən Əlişir Fərəcov bildirib ki, Etibar Məmmədov MYS-a gətiriləndə də, aparılandada da üstü yoxlanılıb: “Etibarın üzərində pul və ya hər hansı qanunsuz əşya yox idi".
Məhkəməyə sədrlik edən qeyd edib ki, E.Məmmədov Lənkəran və Astara MSY-lərdə olarkən özünün şəxsi telefonundan istifadə edərək başqa şəxslərlə danışması barədə cinayət işinin materialları arasında sübutlar var. İstintaq materiallarında var ki, Aqil Nəcəfovla Etibar Məmmədov arasında oktyabrın 21-də də 18 dəfə, 22-də 36 dəfə danışıq aparıb. Etibar Məmmədov həmin telefonla dəmir barmaqlıqların şəklini çəkərək Fədayəyə göndərib və belə bir açar lazım olduğunu deyib.
Polis rəisi Əlişir Fərəcov və qarovul rəisi Ceyhun Səmədov E.Məmmədovun telefondan necə istifadə etməsi barədə suala cavab verə bilmədiklərini deyiblər. Hakim qeyd edib ki, hökmdə Lənkəran Rayon Polis Şöbəsində həmin zaman baş verən proseslə bağlı ayrıca qərar çıxarıla bilər.
Proses sentyabrın 10-da davam etdiriləcək.