BŞTİ və Təhsil Nazirliyində yeni təyinatlar-EKSKLÜZİV
    • 15-01-2020, 09:04
    • 1 519

BŞTİ və Təhsil Nazirliyində yeni təyinatlar-EKSKLÜZİV

Təhsil Nazirliyində növbəti kadr islahatları aparılıb.

News24.az-a daxil olan xəbərə görə, təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən Nərgiz Səfərova Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, Nərgiz Səfərova 2013-cü ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışıb. O, Qərb Universitetinin iqtisadiyyat fakültəsində bakalavriat və magistratura səviyyələri üzrə iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına yiyələnib. Uzun müddət özəl sahədə ixtisası üzrə müxtəlif yüksək vəzifələrdə çalışıb. BŞTİ-nin müdir müavini vəzifəsində maliyyə hesabatlılığı üzrə islahatların aparılması, bu sahədə şəffaflığın artırılması, maliyyə intizamının möhkəmləndirilməsi və innovasiyaların tətbiqi məsələlərinə cavabdeh olub.

News24.az-a daxil olan məlumatda o da bildirilir ki, təhsil nazirinin növbəti əmrilə Şahin İskəndərov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib. O, bundan əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat təchizat sektorunun müdiri vəzifəsində çalışıb. 

Afaq Mirayiq