SON DƏQİQƏ! Türkiyə "Vikipediya" ilə bağlı QƏRARINI VERDİ
    • 15-01-2020, 10:14
    • 1 034

SON DƏQİQƏ! Türkiyə "Vikipediya" ilə bağlı QƏRARINI VERDİ

Türkiyədə 29 aprel 2017-ci ildən etibarən bağlanmış "Vikipediya"ya giriş bərpa ediləcək.

News24.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin "Vikipediya"ya girişin qadağan olunmasının hüquq pozuntusu olması ilə bağlı qərarın səbəbi "Rəsmi qəzet"də dərc edilib.

Bununla da Vikipediyanı yenidən Türkiyədə açılması üçün prosesə start verilib. Konstitusiya Məhkəməsi də səs çoxluğu və 6 üzvün qarşı səsləri ilə alınan qərarı Ankara 1 Ceza Sülh Məhkəməsinə göndərib.

Məhkəmə qərarı İnformasiya və Kommunikasiya Texnologiyaları Təşkilatına ötürdükdən sonra Türkiyədə "Vikipediya"ya giriş bərpa olunacaq.