Əjdər Həmidov sən demə, bu məşhuru SEVİRMİŞ
    • 15-01-2020, 15:32
    • 761

Əjdər Həmidov sən demə, bu məşhuru SEVİRMİŞ

Xalq artisti Əjdər Mehdiyev həmkarı Sənubər İsgəndərli ilə bağlı gözlənilməz etiraf edib.

News24.az xəbər verir ki, aktyor bildirib ki, vaxtıilə Əməkdar artist Sənubər İsgəndərlini sevirmiş: "Kişi sözü" filminə çəkilirdik. Orada Qasım Solmazı sevir. Qasımı mən, Solmazı Sənubər İsgəndərli oynayırdı. Rejissor Cahangir Mehtiyev dedi ki, Əjdər, Sənubəri sevməlisən, yoxsa alınmayacaq, təbii olmayacaq. Dedim, sevmək sifarişlədir? Durduğum yerdə necə sevim? Amma etiraf edim ki, qısa müddətdə Sənubəri sevməyə başladım. Onu sevməmək olar? Bizim sevgimiz qısa çəkdi - 3 ay. Film bitən kimi Sənubər xanım öz, mən də öz yoluma getdim".

Sevda Bayramova