-
- 15-01-2020, 16:23
- 893
Ruhani İranın Ukrayna təyyarəsini vurduğunu dərhal etiraf etmədiyi üçün ÜZR İSTƏDİ
İran prezidenti Həsən Ruhani respublikanın Silahlı Qüvvələrinin Ukrayna təyyarəsini təsadüfən vurduğunu elan etməsini gecikdirdiyinə görə üzr istəyib.
News24.az xəbər verir ki, H.Ruhaninin sözügedən çıxışı İran dövlət televiziyası yayımlanıb. Prezidnet qeyd edib ki, insanlar təhlükəsizlik qüvvələrinin heç nəyi gizlətmədiyini başa düşməlidirlər.
Həsən Ruhani Ukrayna təyyarəsinin İran tərəfindən tısadüfən vurulması ilə bağlı etirafının gecikməsinə və səs tonlarına görə üzr istəyib və özünü xalqın xidmətçisi olduğunu vurğulayıb. Buna görə də xalqla təvazökar və dürüst danışmalı olduğunu bildirib.
Siyasətçi qeyd edib ki, məhkəmə, silahlı qüvvələr və hökumət bir araya gələrək araşdırma aparmalı və nəticələrini dünyaya təqdim etməlidir.
O, həmçinin İran Silahlı Qüvvələrindən Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı daha çox məlumat verməsini tələb edib: "İstəyirəm ki, Baş Qərargah və hərbi ölkələr gəlib istintaqın bütün təfərrüatlarını insanlara açıqlasınlar".