"Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcək" - PREZİDENT
    • 15-01-2020, 16:51
    • 768

"Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcək" - PREZİDENT

"Biz şəhər nəqliyyatının inkişafına da böyük əhəmiyyət veririk. Bu il Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcəkdir və bundan sonra da bu istiqamətdə işlər görüləcək. Eyni zamanda, mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir".

News24.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbulu zamanı deyib. İlham Əliyev nazirdən bu məsələ ilə bağlı məlumat verməyini istəyib. 

Nazir qeyd edib ki, Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Nazirliyin tabeliyində isə 1200 ədəd “London taksisi” var:"Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir".