Yoxsulluq səviyyəsi bu gün 4,9%-ə qədər aşağı enib"- MİKAYIL CABBAROV
    • 16-01-2020, 11:08
    • 600

Yoxsulluq səviyyəsi bu gün 4,9%-ə qədər aşağı enib"- MİKAYIL CABBAROV

"2001-ci ildə ölkədə 49% olan yoxsulluq səviyyəsi bu gün 4,9%-ə qədər aşağı enib".

News24.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Strateji Prioritetləşdirmə Seminarında çıxışında deyib.

O bildirib ki, DİM-lərin milli prioritetlərə uyğunluğunu müəyyən etmək üçün sürətli kompleks qiymətləndirmə aparılıb:

"2016-cı ildə Azərbaycan prezidenti tərəfindən imzalanmış müvafiq fərmanla yaradılmış Dayanıqlı inkişaf üzrə əlaqələndirmə şurası tərəfindən Azərbaycan üçün prioritet hesab edilən 17 məqsəd, 88 hədəf göstərici qarşıya qoyulub. 

Bu hədəflər üzrə hazırlanan dövlət proqramları milli fəaliyyət proqramlarına inteqrasiya edilib. DİM-lərin milli prioritetlərə uyğunluğunluğunun müəyyən edilməsi üçün aparılan kompleks qiymətləndirmə və onun nəticələrinə görə, mövcud strateji sənədlərin DİM-lərə uyğunluq 70% müəyyən edilib".

Afaq Mirayiq