-
- 16-01-2020, 11:39
- 1 008
"Azərbaycan MDB məkanında minimum pensiyaya görə 1-ci yerdədir"- SAHİL BABAYEV
"Bu gün Azərbaycan MDB məkanında minimum pensiyaya görə 1-ci yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə isə 2-ci yerdədir".
News24.az xəbər verir ki, bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrinin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, Azərbaycan BMT-nin əsas söz sahiblərindən, iştirakçılarından biridir:"
"Azərbaycan BMT-yə töhfə verməklə yanaşı dəstək almağa da çalışır. Sosial sahənin inkişafi ölkənin ümumi inkişafı ilə əlaqəlidir. Bu əlaqə Dayanıqlı inkişafda özünü göstərir. Dayanıqlı maliyyə təminatı olmadan dayanıqlı inkişaf da mümkün deyil. Azərbaycan hökuməti tərəfindən Prezidentin təşəbbüsü ilə sosial sahədə böyük islahatlar aparıb. Bu, sosial təminatın, sosial müdafiənin əhalinin rifahına dair tədbirlər idi".
S.Babayev onu da əlavə edib ki, ötən il qəbul edilən zərf ölkə əhalisinin 42 faizinin gəlirlərinə birbaşa təsir edib:"Ölkədə minimum əməhhaqqı 92 faiz, minumum pensiya 72 faiz, bütün müavinətlər isə 100 faiz artırılıb. Devalvasiyadan zərərçəkən, borcluların vaxtı keçmiş kreditlərinin ödənilməsi ilə bağlı paket qəbul edildi".
Afaq Mirayiq