-
- 24-06-2019, 16:21
- 783
Azərbaycan MDB məkanında minimum əməkhaqqı baxımından 2-ci yerdədir - SAHİL BABAYEV
Azərbaycanda minimal pensiya MDB məkanında ən yüksəkdir.
News24.az xəbər verir ki, bunu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi üçün dövlətdəki yeniliklər" adlı paneldə bildirib.
Nazir bildirib ki, son illərdə iki böyük sosial islahat paketi qəbul edilib: "Bu ilin yanvarından pensiyaların elektron qaydada verilməsinə başlanılıb. İndiyə kimi 12 000 nəfər bu xidmətdən yararlanıb".
Onun sözlərinə görə, minimum əməkhaqqı baxımından isə Azərbaycan MDB məkanında 2-ci yerdədir: “Özəl sektor üçün imtiyazlar vermişik. Onlara 7 il ərzində əlavə vergi yükü yaradılmayacaq".