Bu gündən Heydər Əliyev prospektində maksimum sürət həddi ENDİRİLDİ - FOTO
    • 17-01-2020, 09:59
    • 762

Bu gündən Heydər Əliyev prospektində maksimum sürət həddi ENDİRİLDİ - FOTO

Bu gündən Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasından Mərdəkan şossesinə qədər) yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə maksimum sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endirilib.  

News24.az
xəbər verir ki, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət həddi müvafiq olaraq tənzimlənir. Belə ki, digər zolaqlar üzrə də sürət həddi 10 km/saat endirilib. İndiyədək Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasından Mərdəkan şossesinə qədər) maksimum sürət həddi 120 km/saat olub.