-
- 17-01-2020, 11:21
- 894
"Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” HAZIRLANDI
"Ötən il Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri üzrə mövcud qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 6 qanun qəbul olunub, 9 fərman və 11 sərəncam imzalanıb".
News24.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən mövcud qanunvericilik aktlarının uyğunlaşdırılması və yeni qaydaların təsdiqi ilə əlaqədar 7 qərar qəbul edilib: " “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi və uyğunlaşma paketi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb. Qanun layihəsi uyğunlaşma paketi ilə birlikdə artıq Nazirlər Kabinetinə göndərilib. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icra edilməsi üçün müvafiq işçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanıb".
AQTA sədri onu da əlavə edib ki, sanitar, fitosanitar və baytarlıq normalarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Kodeks Alimentarius Komissiyası, Bitki Sağlamlığı və Heyvan Sağlamlığı üzrə İşçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanaraq təsdiqlənib: "Artıq 6 sanitar, fitosanitar, baytarlıq norma və qaydalar Agentliyin Kollegiyasının qərarı ilə təsdiq edilib, 20-dən çox layhə isə müvafiq Komissiya və İşçi qruplarda müzakirələrə çıxarılıb. Bundan başqa 2019-cu ildə enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanıb və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib".
Afaq Mirayiq