Bağçaların qida rasionundə dəyişiklik ediləcək- Qoşqar Təhməzli
    • 13-02-2020, 14:34
    • 1 046

Bağçaların qida rasionundə dəyişiklik ediləcək- Qoşqar Təhməzli

“1206 uşaq bağçasında qida təhlükəsizliyinin ekspertləri tərəfindən lazımi monitorinqlər həyata keçirilirb. Təqribən bundan sonra bu ilin birici rübündə biz çalışacağıq ki, geridə qalan 300-ə yaxın uşaq bağçasında monitorinqlər həyata keçirək”. 

News24.az xəbər verir ki,  bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, AQTA bundan sonra uşaq bağçalarını qida məhsulları ilə təmin edən həm mərkəzi icra hakimiyyəti orqanları, həm də  yerli icra hakimiyyəti orqanları ilə birlikdə vacib olan bir çox məsələlər müzakirə ediləcək: 

“Bu da onlardan ibarətdir ki, AQTA olaraq biz hesab ediriki ki, böyüməkdə olan nəslin qida rasionunda bəzi dəyişikliklər həyata keçirilməlidir. Həmin rasionlar Azərbaycanın müxtəlif regionlarına uyğunlaşdırılmalıdır. Eyni zamanda yaş qrupuna görə də onlar səciyyələndirilməlidir". 

Afaq Mirayiq