"Grammy"-nin ilk qadın prezidenti çevrilişə görə işdən çıxarıldı
    • 17-01-2020, 14:09
    • 1 251

"Grammy"-nin ilk qadın prezidenti çevrilişə görə işdən çıxarıldı

"Grammy" Musiqi Mükafatını təşkil edən İncəsənət və Elmlər Akademiyasının icraçı direktoru Debora Duqan mükafatlandırma mərasimindən 10 gün əvvəl işdən çıxarılıb.

News24.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb. D.Duqanın işdən azad etmə qərarı, vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları səbəbiylə qəbul edilib. Qalmaqalın təfərrüatları açıqlanmasa da, media hadisəni çevriliş adlandırıb. Qeyd olunur ki, təşkilat daxilində müstəqil araşdırma aparılır.

Debora Duqan İncəsənt və Elmlər Akademiyasının ilk qadın prezidenti olub. Yanvarın 15-də "Los Angeles Times" nəşrinə müsahibə verən akademiyanın rəhbəri işini "dünyanın ən yaxşısı" adlandırıb.

Mənbə qeyd edir ki, D.Duqanın işdən çıxarılması, akademiyanın digər üzvlərinin təşkilatın islahatı və modernləşdirilməsi cəhdlərinə qarşı çıxması ilə əlaqədardır.

Qeyd edək ki, "Grammy" mükafatları 26 yanvar tarixində keçiriləcək.