-
- 17-01-2020, 16:56
- 882
50 yaşdan sonra insanlarda psixoloji problemlər çox olur - SOS
"Kardioloji xəstələrin 30 faizində depressiv hallar müşahidə edə bilərik".
News24.az xəbər verir ki, bunu "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi" mövzusuna həsr olunan elmi-praktiki konfransda Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib. Onun sözlərinə görə, amma ilkin şikayətlər depressiya ilə bağlı olmur:"Ürəkdə ağrı ilə bağlı müraciət edirlər və bu depressiv xəstələrə xasdır. Kardioloqlar xəstələrində tez- tez depressiv əlamətlər görürlər. Bununla belə onlar xəstələrinə intiharla bağlı suallar vermirlər. Amma depressiyanın intiharla əlaqəsi var".
Direktor qeyd edib ki, iki qrup xəstələr var ki, onlarda daha tez-tez kardioloji problemlər müşahidə olunur: "Birinci qrup şizofrenik xəstələrdir. Onlar adi insanlardan 10 il daha az yaşayırlar. Onlar intihar etmədikləri halda kardioloji problemlərdən ölürlər. İkinci qrup isə yaşlı pasiyentlərdir. 50 yaşdan sonra insanlarda həm kardioloji, həm də psixoloji problemlər çox olur. Onlara xüsusi diqqət və yanaşma lazımdır".
Afaq Mirayiq