Bakıda seksual manyak azyaşlı qıza TƏCAVÜZ ETDİ
    • 25-07-2019, 12:18
    • 2 018

Bakıda seksual manyak azyaşlı qıza TƏCAVÜZ ETDİ

Bakıda azyaşlı qıza təcavüz edən şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmə maddəsi ilə ittiham edilən Zülfalıyev İman Eldar oğlunun barəsindəki materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, hadisə Bakının Binəqədi rayonunda baş verib. Paytaxt sakini İman Zülfalıyevin Binəqədi rayonu ərazisində azyaşlı qıza təcavüz etməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, İman Zülfalıyev F.M-ya seksual xarakterli hərəkətlər edib. Azyaşlının valideynlərinin şikayətindən sonra o, həbs edilib.