Azərbaycan 20 Yanvar şəhidlərini anır - FOTO - VİDEO
    • 20-01-2020, 15:51
    • 1 515

Azərbaycan 20 Yanvar şəhidlərini anır - FOTO - VİDEO

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilib və dinc əhaliyə divan tutulub. Nəticədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.  


30 il öncə Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır...  



Bu gün milyonlarla insan Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızı anmaq üçün Şəhidlər xiyabanına toplaşıb.

News24.az Şəhidlər Xiyabanından fotoreportajı təqdim edir: 

Foto - Video: Fərid Şabanov