Bu gün Xırdalanda işıq olmayacaq
    • 15-05-2020, 11:36
    • 590

Bu gün Xırdalanda işıq olmayacaq

Bu gün saat 13:30-16:00-da Abşeron rayonunun Kənd Xırdalan, C.Cabbarlı, Adıgözəlov, 28 May və R.Axundov küçələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. 

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.
Məlumata görə, fasiləyə səbəb Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən bəzi xətlərdə SİP kabellərin yeni AVVQ kabellər ilə əvəzlənməsidir./Report/