Gömrükçülər külli miqdarda papiros AŞKARLADI
    • 22-01-2020, 12:23
    • 1 053

Gömrükçülər külli miqdarda papiros AŞKARLADI

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə rentgen aparatı ilə keçirilən gömrük baxışı zaman şübhəli cizgilər müşahidə olunub.

Dövlət Gömrük Komitəsindən News24.az-a verilən məlumata görə, yoxlama nəticəsində əl çantasında olan ərzaq məhsullarının arasında gömrük nəzarətinə bəyan olunmayan 1000 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.