"Azərbaycan Rusiyanın yeni hökuməti ilə tərəfdaşlığın inkişafına ümid edir" - İLHAM ƏLİYEV
    • 22-01-2020, 14:58
    • 774

"Azərbaycan Rusiyanın yeni hökuməti ilə tərəfdaşlığın inkişafına ümid edir" - İLHAM ƏLİYEV

"Azərbaycan Rusiya Federasiyasının yeni hökuməti ilə tərəfdaşlığın inkişafına ümid edir".

News24.az xəbər verir ki,bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TASS-a Azərbaycanın yeni Rusiya hökuməti ilə konstruktiv əməkdaşlığı gözləyib - gözləmədiyi barədə sualı cavablandırarkən deyib:"Əminəm ki, münasibətlərimiz Vladimir Vladimiroviç ilə razılaşdırdığımız kimi, strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf edəcəkdir. İnanıram ki, bu il də ticarət və çoxşaxəli əlaqələrin artması baxımından çox uğurlu olacaq".

İlham Əliyev bu il Vladimir Putinlə görüşməyi planlaşdırdığını, lakin görüşlə bağlı tarixin dəqiq bəlli olmadığını bildirib.