-
- 22-01-2020, 16:05
- 1 572
Azərbaycanda külli miqdarda pul ələ keçirən bank rəhbərindən YENİ XƏBƏR
Bir müddət əvvəl Gəncədə külli miqdarda pul mənimsədiyinə görə məsuliyyətə cəlb edilən bank filialı rəhbəri barəsində Ali Məhkəməyə müraciət edilib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni, dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə məhkum edilmiş Dərgahzadə Nərminə Nazim qızının işinin yenidəna raşdırılması və barəsindəki hökmün dəyişdirilməsi ilə bağlı müraciətə baxılacaq. Məhkəmə prosesi hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.
İş üzrə Elçin İsmayılov zərərçəkən şəxs qismində tanınıb.
Qeyd edək ki, bir müddət əvvəl “Yunayted Kredit Bank” ASC-nin Gəncə filialının müdiri Dərgahzadə Nərminə Nazim qızı, baş mühasib Bağırlı Ramal Camal oğlu və xəzinədar Qəniyev Elçin İlqar oğlundan ibarət bir qrup şəxs qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup vətəndaşın – Hüseynov Rəşid Mövsüm oğlunun, Əliyev Qabil Tofiq oğlunun, İsgəndərov Vüsal Fəxrəddin oğlunun, Məmmədova Gülnar Fərman qızının, Məmmədova Fəridə Şəmil qızının, Zeynalova Nailə Nazim qızının, İsmayılov Elçin Əkrəm oğlunun, Cəfərov Fərhad Məmmədəli oğlunun, Sadıqova Elnurə Qüvvət qızının və digərlərinin əmanət qoyduğu pulları mənimsəməsi barədə məlumatlar yayılıb. Cinayət işi üzrə keçirilən məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilib ki, yuxarıda göstərilən həmin qanunsuzluqlar nəticəsində “Yunayted Kredit Bank” ASC-yə və fiziki şəxslərə ümumilikdə 461.843.73 manat ziyan dəyib. Cinayət işi ilə əlaqədar “Yunayted Kredit Bank” ASC-nin Gəncə filialının müdiri Dərgahzadə Nərminə Nazim qızı, baş mühasib Bağırlı Ramal Camal oğlu və xəzinədar Qəniyev Elçin İlqar oğlu təqsirləndirilən şəxs qismində işə cəlb olunublar və “Yunayted Kredit Bank” ASC-nin İdarə Heyətinin sədr müavini Əliyev Vahid Ağababa oğlu isə həbs olunub.