Bakıda həbs edilmiş şirkət rəhbərindən YENİ XƏBƏR
    • 15-07-2019, 15:07
    • 1 037

Bakıda həbs edilmiş şirkət rəhbərindən YENİ XƏBƏR

Bakıda həbs edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmiş iş adamı Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-cü, yəni, Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə maddəsi ilə barəsində azadlıqdan məhrumetmə hökmü verilmiş Quliyev Emin Qəzənfər oğlu işin yenidən araşdırılmasını və barəsindəki qərarın dəyişdirilməsini xahiş edib.

Ali Məhkəməyə daxil olmuş müraciətə hakim Gülzar rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Emin Quliyev "Beynəlxalq Bank"da çalışıb.  2010-cu ilədək isə "Bank Standard” QSC-nin İdarə Heyətinin üzvü olub. O, həm də  “Harvest” MMC-nin təsisçisi və direktoru olub və bankdan külli miqdarda kredit götürüb.