Ceyhun Bayramov aşkar olunan bir sıra nöqsanlarla bağlı tapşırıqlar verdi
    • 24-01-2020, 16:26
    • 740

Ceyhun Bayramov aşkar olunan bir sıra nöqsanlarla bağlı tapşırıqlar verdi

Təhsil naziri Ceyhun Bayramov Salyan şəhər 2 nömrəli  tam orta məktəbdə olub. 

Nazirlikdən News24.az-a verilən məlumata görə, C.Bayramov məktəbin müəllim və şagird kollektivi ilə görüşüb,  eyni zamanda təhsil ocağının ümumi şəraiti, dərs otaqları, idman zalı və yeməkxanası ilə tanış olub.

Təhsil naziri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, həmçinin təhsil ocağında aşkar olunan bir sıra nöqsanlarla bağlı tapşırıqlarını verib.