-
- 19-12-2019, 17:42
- 2 103
Ceyhun Bayramov Padar kənd tam orta məktəbində - FOTOLAR
Dekabrın 19-da Təhsil naziri Ceyhun Bayramov Oğuz rayonu Padar kənd tam orta məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq olub.
Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əvvəlcə Təhsil naziri Ceyhun Bayramov və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Ümumi təhsil müəssisəsində yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, Oğuz rayonu Padar kənd tam orta məktəbi 1883-ci ildən fəaliyyətə başlayıb. Məktəb 460 şagird yerlikdir, tədris binasında 24 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, texnologiya otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana və oxu zalı, informatika, məktəbəhazırlıq otağı, 72 yerlik yeməkxana, idman zalı yerləşir. Məktəb binasının istiliklə təmin olunması üçün təbii qazla işləyən müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırılıb.
Daha sonra məktəbin müəllim kollektivi ilə görüş keçirilib. Görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan Təhsil naziri Ceyhun Bayramov son illər ölkəmizdə məktəblərin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində əldə olunan uğurlardan danışıb.
Təhsil naziri Ceyhun Bayramov məktəbin pedaqoji kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.