Sabah hava DUMANLI OLACAQ
    • 25-01-2020, 13:09
    • 646

Sabah hava DUMANLI OLACAQ

Bakıda və Abşeron yarımadasında bazar günü hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a  verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 1° şaxatdan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında yanvarın 26-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.