-
- 27-01-2020, 21:51
- 1 450
Rəfael Dadaşovun qızı atasının xəstəxanaya yatırılmasından danışdı "Ürəyim ağrıyır"
Xalq artisti Rəfael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə sənətkarın özü Xəzər TV-də yayımlanan “5/5” axşam şousunun canlı efirinə telefon vasitəsilə qoşularkən deyib.
Rəfael Dadaşovun qızı Səidə Dadaşova atasının səhhətindən söz açıb:
“Rəfael müəllimdə oksigen çatışmazlığı var. Mənim üçün o qədər ağırdır ki, bunları dilə gətirmək. Ürəyim ağrıyır. Amma indi vəziyyəti normaldır. Çoxları düşünür ki, bu xəstəlik atamın artıq çəkili olduğu səbəbindən yaranıb. Amma bu, əsla belə deyil. Sadəcə atam heç vaxt sağlamlığına önəm verməyib. O zamanını daha çox bizə, ailəsinə ayırıb, səhhəti ilə heç vaxt maraqlanmayıb”.