UNEC-in prorektoru Səadət Qəndilovaya AĞIR İTKİ - FOTO
    • 28-01-2020, 10:11
    • 1 491

UNEC-in prorektoru Səadət Qəndilovaya AĞIR İTKİ - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilovaya ağır itki üz verib.

News24.az-ın məlumatına görə, 53 yaşlı prorektorun həyat yoldaşı Mirsahib İbrahimov vəfat edib.

Qeyd edək ki, M.İbrahimov müxtəlif vaxtlarda yüksək vəzifələrdə çalışıb.

Onun oğlu Kamal İbrahimov maliyyə sahəsində tanınmış şəxslərdəndir və hazırda iri sığorta şirkətlərindən birinə rəhbərlik edir.